İtaliya

“Arsenal”dan “Napoli”yə

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Arsenal”dan qolkiper David Ospinanı icarəyə götürüb. Bu barədə İtaliya mətbuatı məlum yayıb.

“Napoli” kolumbiyalı qapıçı üçün “topçular”a 1 milyon avro ödəyəcək. Ospina bu gün İtaliyaya gələrək tibbi müayinədən keçib.

30 yaşlı qolkiperin adı “Beşiktaş” klubu ilə də hallanırdı.

Neapol təmsilçisi bir müddət əvvəl daha iki qapıçını - Aleks Meret və Orestis Karnezisi heyətinə qatmışdı.