İtaliya

İsveç millisinin üzvü A Seriyasında

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Hamburq”dan Albin Ekdalı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat verib.

“Sampdoriya” isveçli futbolçu üçün klubuna 2,2 milyon avro ödəyəcək.

29 yaşlı futbolçu karyerası ərzində “Yuventus”, “Kalyari”, “Bolonya” klublarında forma geyinib. 

Ekdal İsveç millisi ilə DÇ-2018-də iştirak etmişdi.