İtaliya

“Sevilya”nın futbolçusu rəsmən “Roma”da

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, “canavarlar” “Sevilya”nın fransız yarımmüdafiəçisi Stiven Nzonzini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 4 illik müqaviləyə imza atıblar. Fransa yığmasının üzvü yeni klubunda 42 nömrəli formanı geyinəcək.

30 yaşlı futbolçunun transferi “Roma”ya 26,65 milyon avroya başa gəlib. Lakin bonuslarla birgə bu məbləğin 30 milyon avroya çıxması mümkündü.

Nzonzi Fransa millisi ilə DÇ-2018-in qızıl medalçısı olub. Futbolçu ilə “Barselona” da yaxından maraqlanırdı. O, 2015-ci ildə "Stok Siti"dən "Sevilya"ya transfer olunmuşdu.