İtaliya

“Milan” futbolçusunu icarəyə verdi

İtaliyanın “Milan” klubu daha bir futbolçusunu icarəyə göndərib.

Dsport.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Manuel Lokatellidən gedir. 

20 yaşlı futbolçu "Sassuolo"ya icatəyə verilib. Müqavilə müddəti mövsümün sonuna kimidi. Amma “Sassuolo” istəsə, gələn yay bu futbolçunu birdəfəlik heyətinə qata biləcək. 

Lokatelli 2016-cı ildən "Milan"ın formasını geyinir. O, ötən mövsüm A Seriyasında 21 oyunda iştirak edib.