İtaliya

“Roma”nın futbolçusu rəsmən “Fiorentina”da

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Florensiya təmsilçisi “Roma”nın yarımmüdafiəçisi Jersonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, braziliyalı futbolçu 1 illik icarəyə götürülüb.

21 yaşlı futbolçu “Roma”ya 2016-cı ildə 16 milyon avro müqabilində “Fluminense”dən transfer edilib. Lakin o, geridə qalan mövsümlərdə paytaxt klubunda əsas heyət üzvünə çevrilə bilməyib.

Qeyd edək ki, “Fiorentina” Jersonla yanaşı, Danimarkanın “Bröndbü” klubunun yarımmüdafiəçisi Kristian Nerqoru da transfer edib. Lakin 24 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmır.