İtaliya

“Milan”a qoyulan avrokubok cəzası ləğv olundu

İtaliyanın “Milan” klubu Avropa Liqasında çıxış edə biləcək.

Dsport.az xəbər verir ki, Beynəlxalq İdman Arbitraj Məhkəməsi UEFA-nın “Milan”a verdiyi cəzanı ləğv edib. 

“Milan” yeni mövsümdə Avropa Liqasında iştirak edə biləcək. Bu barədə qurumun rəsmi saytı məlumat verib.

Milan komandası maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə, avrokuboklardan 2 illik uzaqlaşdırılmışdı. “Milan” bu qərarla razılaşmamışdı və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi. “Milan” müraciətində Avropa Liqasında iştirak cəzasının ləğvini istəmişdi.