İtaliya

Türkiyə klubundan İtaliya A Seriyasına

Türkiyənin “Konyaspor” klubu mərakeşli futbolçusu Mehdi Burabiya ilə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliyanın “Sassuolo” klubuna transfer olunub. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

Məlumatda bildirilir ki, “Sassuolo” Burabiyanın transferinə görə “Konyaspor”a 2 milyon 250 min avro təzminat ödəyib.

Mərakeşli oyunçu Super Liqa klubuna 2017-ci ilin yayında Bolqarıstanın “Levski” klubundan transfer edilmişdi.