İtaliya

İtaliya klubu müflis oldu

İtaliyanın “Bari” klubunun rəhbərliyi iflas etdiklərini açıqlayıb.

Dsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, maliyyə səbəblərinə görə müflis olan B seriyası təmsilçisi D seriyasına düşüb.

110 illik tarixi olan “Bari” son mövsümdə B seriyasında 42 oyuna çıxıb. Bu oyunlarda 18 qələbə, 11 məğlubiyyət alan komanda seriyanı 7-ci pillədə tamamlayıb.