İtaliya

A Seriyası klubundan yeni transfer - FOTO

İtaliyanın “Frozinone” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanan bu klub italiyalı müdafiəçi Edoardo Qoldaniqanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sassuolo”nun futbolçusu 1 illik icarəyə götürülüb. 

Qoldaniqa 2017-ci ildən “Sassuolo”da çıxış edirdi. O, əvvəllər “Palermo”, “Piza”, “Peruca” klublarında da forma geyinib.