İtaliya

“İnter”in hücumçusu Çin klubunda

İtaliyanın “İnter” klubu futbolçusu Ederlə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, 31 yaşlı italyan hücumçu Çinin “Jiangsu Suning” klubuna transfer olunub. Super Liqa təmsilçisi futbolçu üçün “İnter”ə 5,5 milyon avro ödəyəcək. Bu barədə Fransa mətbuatı məlumat verib.

İtalyan hücumçu Çin klubunda ilinə 13 milyon avro qazanacaq.

Eder son mövsümdə “İnter” forması ilə 31 oyuna çıxıb və 3 qolla yadda qalıb.