İtaliya

“Qalatasaray”ı “Cenoa”ya dəyişdi

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi türk əsilli almaniyalı futbolçu Koray Günteri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin detalları açıqlanmır.

Qeyd edək ki, Günter 2014-cü ildən “Qalatasaray”ın şərəfini qoruyurdu. Lakin bu komandada o qədər də forma şansı qazanmayan 23 yaşlı futbolçu müqaviləsinin müddəti bitən kimi İtaliyaya üz tutub.

Koray 2013/14 mövsümünün qış fasiləsi zamanı Dortmund “Borussiya”sından 2,5 milyon avroya Türkiyə klubuna transfer edilmişdi.