İtaliya

Açerbi rəsmən “Latsio”da

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi “Sassuolo”dan Françesko Açerbini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

30 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Təcrübəli müdafiəçi geridə qalan mövsümdə “Sassuolo” ilə A Seriyasında 35 oyuna çıxıb.