İtaliya

“Yuve” də açıqladı: 4 illik müqavilə

İtaliyanın “Yuventus” klubu Portuqaliya yığmasının ulduz futbolçusu Kristiano Ronaldonun transferini rəsmən açıqlayıb.

Dsport.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, Madrid “Real”ından transfer edilən 33 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Yuventus” Ronaldoya görə onun sabiq klubu “Real”a 100 milyon avro təzminat ödəyəcək.