İtaliya

Liqa 1-dən A Seriyasına

İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Turin təmsilçisi Fransanın “Monako” klubunun yarımmüdafiəçisi Sualiho Meyteni transfer edib. Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb.

24 yaşlı fransalı futbolçu ilə müqavilənin detalları açıqlanmır.

Meyta 2017-ci ilin yayından “Monako”da çıxış edirdi. O, geridə qalan mövsümün ikinci yarısını Fransanın digər klubu “Bordo”da icarədə keçirib.