İtaliya

Paytaxt klubu daha bir braziliyalı qapıçı aldı

İtaliyanın “Roma” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı qapıçı Daniel Fuzatonun transferini rəsmiləşdirib. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. 

21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. O, “Roma”ya üçüncü qapıçı kimi cəlb olunub. Komandanın əsas qapıçısı Fuzatonun həmyerlisi, Braziliya yığmasının da şərəfini qoruyan Alissondu. Ehtiyat qapıçı kimi isə bir müddət öncə Antonio Mirante transfer edilmişdi.

Fuzato “Palmeyras”ın yetirməsidi. Rəsmən təsdiqlənməsə də, gənc qolkiperin transferinin “Roma”ya 500 min avroya başa gəldiyi qeyd olunur. Braziliyalı qapıçının özü isə ilinə 300 min avro qazanacaq.