İtaliya

Əmrə rəsmən “Yuventus”da

İtaliyanın “Yuventus” klubu “Liverpul”dan ayrılan Əmrə Canın transferini rəsmən açıqlayıb.

Dsport.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

2014-cü ildə “Bayer”dən 12 milyon avro qarşılığında “Liverpul”a keçən Əmrə Can 4 mövsüm idi İngiltərə Premyer Liqasında çıxış edirdi. Onun bu klubla müqaviləsinin müddəti başa çatdığından, “Yuventus”a havayı başa gəlib.

İtaliya çempionu Əmrəyə ilk iki mövsümündə ümumilikdə 16 milyon avro maaş verəcək.