İtaliya

94 yaşlı qadını maşın vurdu, dadına Mançini yetdi

Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Mançini xeyirxah addımı ilə ölkəsinin gündəmini zəbt edib.

Dsport.az xəbər verir ki, o, 94 yaşlı qadının həyatını xilas etməkdə pay sahibi olub. Belə ki, velosipedlə yol gedən həmin qadını maşın vurub. Onun dadına ilk olaraq yaxınlıqda olan Mançini ilə dostları çatıb. 

İtaliya yığmasının baş məşqçisi dərhal təcili tibbi yardım çağırıb. Onun həkim olan dostu isə qadına ilkin yardım göstərib. Ardından xəstəxanaya çatdırılan zərərçəkənin bədənində bir neçə qırıq aşkarlansa da, onun həyati təhlükəsinin olmadığı bildirilir.

Bu barədə məlumatı “Facebook” səhifəsində yayan zərərçəkənin oğlu daha sonra bunları yazıb: “Xoşbəxtlikdən İtaliya yığması dünya çempionatında iştirak etmir. Əks halda Mançini orada olmazdı. Ayaq saxlayıb, anama köməyini əsirgəməyən hər kəsə təşəkkürümü bildirirəm”.