İtaliya

“Latsio”nu “Kyevo”ya dəyişdi

İtaliyanın “Kyevo” klubu heyətini yenə futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı hücumçu Filip Corceviçi transfer edib. “Latsio” ilə müqaviləsinin müddəti bitən 30 yaşlı futbolçu yeni klubuna pulsuz başa gəlib.

Corceviç Verona klubu ilə 3 illik müqavilə imzalayıb. Lakin tərəflər 3 ildən sonra müddəti daha 1 il artırmaq barədə də prinsipial razılıq əldə ediblər.

Serbiya yığmasında da oynamış forvard 2014-cü ildən “Latsio”da çıxış edirdi.