İtaliya

Kluyvert “Roma”da - FOTO

İtaliyanın “Roma” klubu növbəti transferini rəsmiləşdirib.

Dsport.az xəbər verir ki, paytaxt klubu Hollandiyanın “Ayaks” komandasının gənc yarımmüdafiəçisi Castin Kluyverti heyətinə cəlb edib. Artıq 19 yaşlı xavbek tibbi müayinədən keçmək və müqavilə bağlamaq üçün İtaliya paytaxtına gəlib.

İtaliya mətbuatının yazdığına görə, “Roma” bu transferə görə Amsterdam klubuna 20 milyon avro təzminat ödəyəcək.

Məşhur hollandiyalı hücumçusu Patrik Kluyvertin oğlu olan Castin geridə qalan mövsümdə Hollandiya çempionatında 30 oyun keçirib, 10 qol vurub.

“Roma” daha öncə Zaqreb “Dinamo”sundan yarımmüdafiəçi Ante Çoriçi, “Portu”dan müdafiəçi İvan Markanonu və “Atalanta”dan yarımmüdafiəçi Brayan Kristanteni heyətinə qatmışdı.