İtaliya

“Napoli”dən 25 milyonluq transfer - FOTO

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Neapol təmsilçisi “Bolonya”nın yarımmüdafiəçisi Simone Verdini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatının yazdığına görə, “Napoli” bu transferə görə “Bolonya”ya 25 milyon avro təzminat ödəyəcək.

“Milan”ın yetirməsi olan 25 yaşlı Verdi geridə qalan mövsümdə “Bolonya” formasıyla meydana çıxdığı 34 oyunda 10 qola imza atıb.