İtaliya

“Roma”nın yarımmüdafiəçisi “İnter”də - 29 milyon avroluq transfer

“Roma”nın yarımmüdafiəçisi Raca Nainqqolan “İnter”ə keçməyə çox yaxındı.

Dsport.az xəbər verir ki, 30 yaşlı belçikalının keçidi Milan klubuna 29 milyon avroya başa gələcək. Eyni zamanda transfer əməliyyatına “İnter”in gənclər komandasının hücumameylli yarımmüdafiəçisi Nikolo Zaniolo da daxil ediləcək. 18 yaşlı pleymeyker “İnter”in gənclərdən ibarət komandasının heyətində son mövsümdə 34 oyun keçirib, 14 qol, 10 məhsuldar ötürmə müəllifi olub. İtaliyanın ən perspektivli yarımmüdafiəçilərindən sayılan Zaniolo qarşıdakı mövsümü “Roma”da keçirəcək.

Transfer baş tutacağı təqdirdə, Nainqqolan “İnter”də ilinə 4,5 milyon avro qazanacaq. Bu keçidin iyulun 1-də rəsmiləşəcəyi gözlənilir.