İtaliya

“Yuventus” Buffonu əvəz edəcək qapıçısını tapdı - RƏSMİ

Əfsanəvi qapıçısı Canluici Buffonla yollarını ayıran İtaliya çempionu “Yuventus” artıq ona əvəzləyici tapıb.

Dsport.az xəbər verir ki, Turin klubu “Cenoa”nın qapıçısı Mattia Perini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Turinlilər bu transfer qarşılığında genuyalılara 12 milyon avro təzminat ödəyiblər.

“Cenoa”nın yetirməsi olan Perin bir ara “Padova” və “Peskara” klublarında icarədə də olub. O, İtaliya yığmasında da bir neçə oyun keçirib.