İtaliya

Donadoni qovuldu

İtaliyanın “Bolonya” klubu baş məşqçi Roberto Donadoni ilə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın son mövsümdəki nəticələri qənaətbəxş hesab olunmayıb.

Qeyd edək ki, karyerası ərzində “Livorno”, “Cenoa”, “Napoli”, “Kalyari”, “Parma” və İtaliya yığmasını da çalışdırmış Donadoni “Bolonya”ya 2015-ci ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda son mövsümü 39 xalla 15-ci sırada tamamlayıb.