İtaliya

Asamoa “Yuventus”la vidalaşdı

İtaliya çempionu “Yuventus” mövsümün sonunda daha bir futbolçusunu yola salacaq.

Dsport.az xəbər verir ki, Kvadvo Asamoa da Turin təmsilçisini tərk edəcək. Bu barədə qanalı futbolçu özü sosial şəbəkə hesabında məlumat yayıb. O, klubdan yeni təklif aldığını, lakin karyerasını başqa komandada davam etdirəcəyini bəyan edib.

29 yaşlı futbolçu hər kəslə vidalaşıb. İtaliya mətbuatı onun “İnter”lə anlaşdığını iddia edib.

Qana yığmasında 69 matça çıxan Asamoa bu mövsüm “Yuventus” formasıyla 19 çempionat oyununda forma geyinib.