İtaliya

Buffon “Yuventus”dan gedir - Özü açıqlandı

İtaliyanın “Yuventus” klubunun əfsanəvi futbolçusu Canluici Buffon bu mövsümün sonunda Turin təmsilçisindən ayrılacağını açıqlayıb.

Dsport.az xəbər verir ki, 40 yaşlı qapıçı mayın 19-da “Verona”ya qarşı keçirəcəkləri görüşdə sonuncu dəfə “Yuventus” forması geyinəcəyini bəyan edib. Lakin o, hələ karyerasını başa vurmayacağını da bildirib. Onun sözlərinə görə, karyerasını davam etdirməyə qərar versə, fərqli ölkədə oynayacaq.

17 il öncə 52 milyon avroluq qiymətlə “Parma”dan “Yuventus”a transfer olunan Buffon, bütün zamanların ən bahalı qapıçısı ünvanını əlində saxlayır.

Bu günə qədər 1050 matça çıxan Buffon karyerası ərzində 9 dəfə A Seriyasının, 5 dəfə İtaliya Kubokunun, 1 dəfə Avropa Liqasının və 1 dəfə Dünya Çempionatının qalibi olub.

O, İtaliyada bir neçə rekordların da sahibidir:

* İtaliyada ən çox çempionluq qazanan futbolçu (9 dəfə)
* Ən çox matça çıxan ikinci oyunçu (638 oyun)
* Ən uzun müddət qol buraxmamaq rekordu (974 dəqiqə)
* Ən çox oyunda qol buraxmayan futbolçu (292 matç)