İtaliya

“Yuventus” çempion! - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Benevento” “Cenoa”nı qəbul edib və minimal hesabla qalib gəlib.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “İnter” isə evdə “Sassuolo” ilə qarşılaşıb. Milan təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib və ÇL şanslarını çətinə salıb.

Turun mərkəzi oyunu bazar günü keçirilib. “Yuventus” “Roma”nın qonağı olub. “Qoca sinyora” bu matçdan xalla ayrılsa, çempionluğunu vaxtında öncə rəsmiləşdirəcəkdi. Qarşılaşma qolsuz bitib və Turin təmsilçisi istəyinə çatıb. "Yuventus" tarixində 34-cü dəfə İtaliya çempionu olub.

İtaliya A Seriyası
37-ci tur

12 may

Benevento - Cenoa 1:0
Qol: Diabate, 87.

İnter - Sassuolo 1:2
Qol: Rafinya, 80 - Politano, 25. Berardi, 72.

13 may

Bolonya - Kyevo 1:2
Qol: Verdi, 12-pen - Qyaççerini, 48. İnqlese, 60.

Krotone - Latsio 2:2
Qol: Simi, 29. Çekkerini, 61 - Luliç, 17-pen. Saviç, 84.

Fiorentina - Kalyari 0:1
Qol: Pavoletti, 37.

Torino - SPAL 2:1
Qol: Belotti, 68. De Silvestri, 87 - Qrassi, 22.

Verona - Udineze 0:1
Qol: Barak, 20.

Atalanta - Milan 1:1
Qol: Masiello, 90 - Kessye, 60.

Roma - Yuventus 0:0

Sampdoriya - Napoli 0:2
Qol: Milik, 72. Albiol, 80.