İtaliya

“Yuventus” “Milan”ı 4 qolla yenib, kubok qazandı - VİDEO

Futbol üzrə İtaliya Kubokunun final oyunu keçirilib.

Dsport.az xəbər verir ki, həlledici oyunda “Yuventus”la “Milan” klubları qarşılaşıb.

Turin təmsilçisi bu görüşdə darmadağınla qalib gəlib. Nəticədə, A Seriyasında da qalib olmağa yaxın olan “Yuventus” “qızıl dubl”a imza atmaq üçün əla şans əldə edib.

Qeyd edək ki, bu, “qoca sinyora”nın tarixində 13-cü belə uğurdu. “Yuventus”dan sonra İtaliya Kubokunu ən çox qazanan klub “Roma”dı – 9 dəfə.

İtaliya Kuboku
Final
9 may

Yuventus – Milan 4:0
Qol: Benatya, 56; 64. D.Kosta, 61; Kaliniç, 76-avtoqol.