İtaliya

“Napoli” büdrədi, “İnter” və “Roma” qalib gəldi - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun əksər görüşləri bazar günü baş tutub.

ÇL-ə vəsiqə uğrunda mübarizəni davam etdirən "İnter" səfərdə "Udineze"ni böyük hesabla məğlub edib - 4:0. 

Turin təmsilçisinin ən yaxın izləyicisi “Napoli” də bazar günü meydana çıxıb. Neapol klubu evdə “Torino”nu sınağa çəkib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

ÇL-ə vəsiqə uğrunda mübarizə aparan "Roma" səfərdə "Kalyari"yə qalib gəlibsə, "Latsio" evdə "Atalanta" ilə heç-heçə edib.

İtaliya A Seriyası
36-cı tur

5 may

Milan - Verona 4:1
Qol: H.Çalhanoğlu, 10. Kutrone, 32. Abate, 49. Borini, 89 - S.V.Li, 85.

Yuventus - Bolonya 3:1
Qol: De Mayo, 52-avtoqol. Xedira, 63. Dibala, 69 - Verdi, 30-pen.

6 may

Udineze - İnter 0:4
Qol: Ranokkia, 12. Rafinya, 44. İkardi, 45+1. Borxa Valero, 71. 

Kyevo - Krotone 2:1
Qol: Birsa, 12. Stepinski, 82 - Tumminello, 90.

Cenoa - Fiorentina 2:3
Qol: Rossi, 64. Lapadula, 68 - Benassi, 43. Eysseriç, 77. Dabo, 80.

Latsio - Atalanta 1:1
Qol: Kaysedo, 24 - Barrou, 2.

SPAL - Benevento 2:0
Qol: Paloski, 25. Antenuççi, 82-pen.

Napoli - Torino 2:2
Qol: Mertens, 25. Hamşik, 71 - Baselli, 55. De Silvestri, 83.

Sassuolo - Sampdoriya 1:0
Qol: Politano, 68.

Kalyari - Roma 1:0
Qol: C.Ünder, 15.