İtaliya

“Yuventus” xal itirdi, “Napoli” yararlandı - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.

Dsport.az xəbər verir ki, lider “Yuventus” səfərdə aşağı pillələrdə qərarlaşmış “Krotone” ilə qarşılaşıb. Turin təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

“Qoca sinyora”nın ən yaxın izləyicisi “Napoli” isə “Udineze”ni qəbul edib. 6 qolun qeydə alındığı görüşdə meydan sahibləri qələbə qazanıblar.

Günün digər oyunlarında "Roma" evdə "Cenoa"ya, "Latsio" səfərdə "Fiorentina"ya qalib gəlib. "Milan" isə "Torino" ilə səfər oyununda xal itirib.

İtaliya A Seriyası
33-cü tur

17 aprel

İnter - Kalyari 4:0
Qol: Kansel, 3. İkardi, 49. Brozoviç, 60. Perisiç, 90.

18 aprel

Benevento - Atalanta 0:3
Qol: Freuler, 21. Barrou, 49. Qomes, 67.

Roma - Cenoa 2:1
Qol: C.Ünder, 17. E.Zukanoviç, 52-avtoqol - Lapadula, 61.

Krotone - Yuventus 1:1
Qol: Simi, 65 - Sandro, 17.

Fiorentina - Latsio 3:4
Qol: Veretu, 16; 31-pen; 54 - Alberto, 39; 73. Kaseres, 45. Anderson, 69.

Verona - Sassuolo 0:1
Qol: Lemos, 38.

Sampdoriya - Bolonya 1:0
Qol: Sapata, 90.

SPAL - Kyevo 0:0

Napoli - Udineze 4:2
Qol: İnsinye, 45. Albiol, 64. Milik, 70. Tonelli, 75 - Yankto, 41. İngelsson, 55.

Torino - Milan 1:1
Qol: De Silvestri, 70 - Bonaventura, 9.