İtaliya

Paytaxt klubunda ciddi itki

İtaliyanın “Roma” klubunun müdafiəçisi Kostas Manolas sıradan çıxıb.

Dsport.az xəbər verir ki, İtaliya A Seriyasının “Latsio” ilə oyununda (0:0) xəsarət alan 26 yaşlı futbolçu derbinin 74-cü dəqiqəsində əvəzlənmişdi. Yunan futbolçunun zədəsi ciddidi. Bu barədə məlumatı “canavarlar”ın mətbuat xidməti yayıb.

Manolas növbəti tur baş tutacaq “Cenoa”ya qarşı matçı buraxmalı olacaq.