İtaliya

“Yuve”dən darmadağın, Roma derbisində heç-heçə - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, lider “Yuventus” bazar günü evdə “Sampdoriya” ilə üz-üzə gəlib və 3 cavabsız qolla qalib gəlib.

Bazar günü həmçinin, bütün futbol dünyanın diqqət mərkəzində olan Roma derbisi də baş tutub. “Əbədi şəhər”in iki əzəli rəqibi - “Latsio” və “Roma” hər iki komandaya doğma olan “Olimpiko”da münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə qapılara qol vurulmayıb.

“Milan” isə “Yuve”nin çempionluq yolunda ən yaxın izləyicisi “Napoli”ni qəbul edib. Bu qarşılaşmada da hesab açılmayıb.

İtaliya A Seriyası
32-ci tur

14 aprel

Kalyari - Udineze 2:1
Qol: Pavoletti, 21. Çeppitelli, 84 - Lasanya, 10.

Kyevo - Torino 0:0

Atalanta - İnter 0:0

Cenoa - Krotone 1:0
Qol: Bessa, 28.

15 aprel

Fiorentina - SPAL 0:0

Milan - Napoli 0:0

Bolonya - Verona 2:0
Qol: Verdi, 31. Naqi, 90.

Yuventus - Sampdoriya 3:0
Qol: Mandzukiç, 45. Hövedes, 60. Xedira, 75.

Sassuolo - Benevento 2:2
Qol: Politano, 41; 64 - Diabate, 22; 73.

Latsio - Roma 0:0