İtaliya

“Roma”nın prezidenti “Barsa” üzərində qələbəni belə “yudu” - VİDEO

“Roma”nın prezidenti Ceyms Pallotta Çempionlar Liqasının 1/4 finalında “Barselona” üzərində qazanılan qələbəni böyük çılğınlıqla qeyd edib.

Dsport.az xəbər verir ki, prezident qarşılaşmadan sonra Roma küçələrinə çıxıb. O, qələbəni azarkeşlərlə birgə qeyd edib.

Prezident o dərəcədə çılğın olub ki, paytaxt küçələrindəki fontanlardan birinə girərək, orda çimib.  

“Roma” ilk görüşdə 1:4 hesabı ilə məğlub olduğu “Barsa”ya cavab qarşılaşmasında 3:0 hesabıyla qalib gələrək, yarımfinala adlayıb.

“Roma” 1983/84 mövsümündə ÇL-in finalına çıxmış və penalti seriyasında “Liverpul”a məğlub olmuşdu.