İtaliya

Azarkeşlər futbolçuları döydü

İtaliya futbolunda da insident baş verib.

Dsport.az xəbər verir ki, B seriyasında çıxış edən “Askoli”nin futbolçuları döyülüblər. Komandanın qapıçısı Vinçentso Venditti ilə yarımmüdafiəçi Samuel Parlati fanatların hücumuna məruz qalıblar.

Hadisə “Venetsiya” ilə oyundan (0:1) sonra baş verib. Məğlubiyyəti həzm edə bilməyən 10-a yaxın azarkeş futbolçuları döyüblər.

Maraqlıdı ki, döyülən hər iki oyunçu komandanın əsas heyət üzvü sayılmır. Parlati bu mövsüm cəmisi bir oyunda meydana çıxıbsa, qapıçı Vendetti ümumiyyətlə, oynamayıb.

“Askoli” 30 turdan sonra B seriyasında sonuncu pillədə qərarlaşıb.