İtaliya

“Milan”la “Yuve”dən qələbə, mərkəzi oyunda heç-heçə - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar günü keçirilib. 

“Milan” “Cenoa” ilə səfər görüşündə son dəqiqə qolu ilə 3 xal qazanıb. 

“Latsio” isə səfərdə "Krotone"nin müqavimətini qıra bilməyib - 2:2. 

"Yuventus" doğma meydanda Paulo Dibalanın dubluyla "Udineze"dən üstün olub - 2:0.   

Turun mərkəzi oyununda “İnter” evdə “Napoli” ilə qolsuz bərabərə qalıb.

İtaliya A Seriyası
28-ci tur

9 mart

Roma - Torino 3:0
Qol: Manolas, 56. De Rossi, 73. Pelleqrini, 90.

10 mart

Verona - Kyevo 1:0
Qol: Karaççyolo, 52.

11 mart

Fiorentina - Benevento 1:0
Qol: Vitor Hüqo, 25.

Bolonya - Atalanta 0:1
Qol: De Ron, 83.

Kalyari - Latsio 2:2
Qol: Pavoletti, 25. Barella, 74-pen - Leyva, 35. İmmobile, 90+5.

Krotone - Sampdoriya 4:1
Qol: Trotta, 6; 36. Stoyan, 23. Viviano, 86 - Zapata, 70.

Yuventus - Udineze 2:0
Qol: Dibala, 21; 49.

Sassuolo - SPAL 1:1
Qol: Babakar, 31-pen - Antenuççi, 27.

Cenoa - Milan 0:1
Qol: Andre Silva, 90+4.

İnter - Napoli 0:0