İtaliya

Ayın futbolçusu seçildi - Cengiz Ünder

Türkiyəli futbolçu Cengiz Ünder İtaliyanın “Roma” klubunda fevral ayının ən yaxşı futbolçusu seçilib.

Dsport.az xəbər verir ki, bu barədə onun şərəfini qoruduğu paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 20 yaşlı futbolçu azarkeşlər arasında aparılan sorğu nəticəsində komanda yoldaşlarından qapıçı Alisson Bekker və müdafiəçi Federiko Fasionu geridə qoymağı bacarıb.

Qeyd edək ki, türkiyəli futbolçu geridə qalan ayda meydana çıxdığı 5 oyunda 5 qola imza atıb.