İtaliya

“Yuventus” - “Atalanta” matçına qar əngəli

Futbol üzrə İtaliya A Seriyasının bir oyunu təxirə salınıb.

Dsport.az xəbər verir ki, bu gün keçirilməli olan “Yuventus” – “Atalanta” matçı başqa vaxta keçirilib. Buna Turindəki əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, İtaliyanın bu bölgəsinə güclü qar yağdığından, matçın təxirə salınmasına qərar verilib.

Son məlumatlara görə, bu matçın martın 14-də keçirilməsi nəzərdə tutulur.