İtaliya

“İnter”dən inamlı qələbə - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 26-cı tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun ilk oyununda “Bolonya” “Cenoa”nı qəbul edib. Meydan sahibləri bu görüşdə iki cavabsız qolla qalib gəliblər.

Günün digər matçında "İnter" evdə "Benevento"ya oxşar hesabla qalib gəlib.

İtaliya A Seriyası
26-cı tur

24 fevral

Bolonya - Cenoa 2:0
Qol: Destro, 49. Falletti, 72.

İnter - Benevento 2:0
Qol: Skriniar, 66. Ranokkya, 69.

25 fevral

15:30 Krotone - SPAL 
18:00 Fiorentina - Kyevo 
18:00 Sampdoriya - Udineze
18:00 Sassuolo - Latsio 
18:00 Verona - Torino
21:00 Yuventus - Atalanta 
23:45 Roma - Milan

26 fevral

23:45 Kalyari – Napoli