İtaliya

İtaliya yığması ona tapşırıldı - RƏSMİ

Futbol üzrə İtaliya yığmasını kimin çalışdıracağı rəsmən müəyyənləşib.

Dsport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası milli komandanı Luici Di Byacoya tapşırıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Lakin Di Byaconun komandaya müvəqqəti baş məşqçi təyin olunduğu bildirilir. Belə ki, o, İtaliya yığmasını martin 23-də keçiriləcək Argentina, eləcə də bundan 4 gün sonra baş tutacaq İngiltərə ilə yoxlama oyunlarında rəhbərlik edəcək.

Futbolçu kimi “Roma”, “İnter” və “Breşiya” klublarında forma geyinmiş Di Byaco 2013-cü ildən İtaliyanın U-21 yığmasını çalışdırır. Əsas komandadakı fəaliyyəti dövründə o, gənclərdən ibarət millidə də işini davam etdirəcək.

Xatırladaq ki, DÇ-2018-ə vəsiqə qazana bilməyən İtaliya yığması Can Pyero Venturanın istefasından sonra ötən ilin sonlarından baş məşqçisiz qalıb. Komandanın yeni baş məşqçisinin kim olacağı hələ də bilinmir.