İtaliya

“Yuventus”dan darmadağın, “Napoli”dən növbəti qələbə - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları ikinci oyun günündə keçirilib.

Lider “Napoli” çempionatın aşkar autsayderi “Benevento”nun qonağı olub və inamlı qələbəyə sevinib.

“Roma" səfərdə "Verona"nı minimal hesabla üstələyib. "Yuventus" doğma meydanda "Sassuolo"ya divan tutub. "Milan" isə "Udineze" ilə səfər oyununda heç-heçəyə razılaşıb.

İtaliya A Seriyası
23-cü tur

3 fevral

Sampdoriya - Torino 1:1
Qol: Torreyra, 11 - Akva, 25.

İnter - Krotone 1:1
Qol: Eder, 23 - Barberis, 60.

4 fevral

Verona - Roma 0:1
Qol: Cengiz Ünder, 1.

Atalanta - Kyevo 1:0
Qol: Mançini, 72.

Bolonya - Fiorentina 1:2
Qol: Pulqar, 44 - Veretu, 41. Kyeza, 71.

Kalyari - SPAL 2:0
Qol: Çiqarini, 34. Sau, 78.

Yuventus - Sassuolo 7:0
Qol: Aleks Sandro, 9. Kxedira, 25; 28. Pyaniç, 38. İquayn, 63; 75; 83.

Udineze - Milan 1:1
Qol: Bonuççi, 76-öz qapısına - Suso, 9.  

Benevento - Napoli 0:2
Qol: Mertens, 20. Hamşik, 47.

5 fevral

23:45 Latsio – Cenoa