İtaliya

“İnter”lə “Roma” heç-heçəyə razılaşdı, “Milan” və “Napoli” qalib gəldi - VİDEO

Futbol üzrə İtaliya A Seriyasında 21-ci tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Atalanta” lider “Napoli”ni qəbul edib. Neapol təmsilçisi səfərdə minimal hesabla qalib gəlib.

Turun mərkəzi oyunu isə Milanda keçirilib. “İnter” evdə “Roma” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açsa da, Milan klubu son dəqiqələrdə məğlubiyyətdən qaça bilib. 

“Milan” səfərdə "Kalyari" ilə qarşılaşıb. Qonaqlar rəqib üzərində əzmkar qələbəyə seviniblər.

İtaliya A Seriyası
21-ci tur
21 yanvar

Atalanta - Napoli 0:1
Qol: Mertens, 65.

Bolonya - Benevento 3:0
Qol: Destro, 35. De Mayo, 73. Dzemaili, 88.

Verona - Krotone 0:3
Qol: Barberis, 3. Stoyan, 54. Riççi, 67.

Latsio - Kyevo 5:1
Qol: Alberto, 23. Saviç, 31; 68. Bastos, 83. Nani, 86.

Sampdoriya - Fiorentina 3:1
Qol: Kvalyarella, 30; 60; 68 - Sançes, 80.

Sassuolo - Torino 1:1
Qol: Berardi, 54 - Obi, 26.

Udineze - SPAL 1:1
Qol: Samir, 11 - Flokkari, 49.

Kalyari - Milan 1:2
Qol: Barelya, 8 - Kessye, 36-pen; 42.

İnter - Roma 1:1
Qol: Vesino, 86 - El Şaaravi, 31.

22 yanvar

23:45 Yuventus – Cenoa