İtaliya

Türkiyə klubundan A Seriyasına transfer

Türkiyənin “Osmanlıspor” klubunun hücumçusu Şeyk Diabate karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Dsport.az xəbər verir ki, o, A Seriyasının autsayderi “Benevento”ya keçib. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. İtalyanlar Diabateni Super Liqa təmsilçisindən mövsümün sonuna qədər icarəyə götürüblər.

Diabate “Osmanlıspor”a 2016-cı ildə transfer olunmuşdu. 29 yaşlı forvard cari mövsümdə Türkiyə klubunun heyətində nadir hallarda meydana çıxırdı. Bu klubla 2019-cu ilədək müqaviləsi olan futbolçu ötən mövsümü də Fransanın “Mets” klubunda keçirmişdi.