İtaliya

“Roma” futbolçusunu icarəyə verdi

İtaliyanın “Roma” klubu braziliyalı müdafiəçisi Leandro Kastanı yenidən icarəyə verib.

Dsport.az xəbər verir ki, 31 yaşlı futbolçu bu dəfə “Kalyari”yə üz tutub. O, mövsümün sonunadək bu klubun uğurları üçün çalışacaq. Amma “Kalyari” müqavilə başa çatanda onun transfer hüququnu almaqda maraqlı olmadığından, mövsüm bitən kimi, futbolçu yenə “Roma”nın sıralarında qayıdacaq.

“Kalyari” Kastana görə “canavarlar”a heç bir məbləğ ödəməyib. Əvəzində bu klub futbolçunun “Roma”dakı aylıq bütün xərclərini qarşılamalıdı.

Braziliyalı müdafiəçi “Roma”ya 2012-ci ildə “Korintians”dan transfer edilib. O, bu komandanın heyətində 81 oyun keçirib, 1 qol vurub. Bu müddət ərzində futbolçu “Sampdoriya” və “Torino”da icarə əsasında oynamağa da imkan tapıb.