İtaliya

Paytaxt klubu Uruqvay millisinin üzvü ilə gücləndi - FOTO

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi, “Verona”nın müdafiəçisi Martin Kaseresi heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Latsio” 30 yaşlı futbolçuyla 1 illik müqavilə bağlayıb.

Uruqvay millisinin üzvü karyerası ərzində “Vilyarreal”, “Barselona”, “Sevilya”, “Yuventus” kimi komandalarda top qovub. O, ötən ildən “Verona”nın uğurları üçün çalışırdı.