İtaliya

“Napoli”, “Yuventus” və “Milan”dan qələbə - VİDEOLAR

Futbol üzrə İtaliya A Seriyasında 20-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, ilin ilk turunun son oyun günündə səkkiz qarşılaşma keçirilib.

Lider “Napoli” “Verona”nı qəbul edib və inamlı qələbə qazanıb.

Son çempion “Yuventus” da son gündə meydana çıxıb. Turin təmsilçisi “Kalyari”nin qonağı olub və minimal hesabla qalib gəlib.

Liderlər qrupunda qərarlaşan komandalardan "Roma" doğma meydanda "Atalanta"ya uduzub. Uğursuz çıxışı ilə diqqət mərkəzində olan "Milan" isə nəhayət ki, bu tur qələbəyə sevinib.

İtaliya A Seriyası
20-ci tur
5 yanvar

Kyevo - Udineze 1:1
Qol: Radovanoviç, 9 - Tomoviç, 41-öz qapısına.

Fiorentina - İnter 1:1
Qol: Simeone, 90 - İkardi, 55.

6 yanvar

Torino - Bolonya 3:0
Qol: De Silvestri, 38. Nyanq, 53. Falke, 85.

Milan - Krotone 1:0
Qol: Bonuççi, 54.

Benevento - Sampdoriya 3:2
Qol: Koda, 69; 84. Brinyola, 90 - Kaprari, 45. Kounaçki, 90.

Cenoa - Sassuolo 1:0
Qol: Qalabinov, 80.

SPAL - Latsio 2:5
Qol: Antenuççi, 8-pen; 30 - Alberto, 5. İmmobile, 19; 26; 41; 50.

Napoli - Verona 2:0
Qol: Kulibali, 65. Kallexon, 78.

Roma - Atalanta 1:2
Qol: Dzeko, 56 - Kornelyus, 14. De Run, 19.

Kalyari - Yuventus 0:1
Qol: Bernardeski, 74.