İtaliya

“Milan” darmadağınla 1/4 finalda - VİDEOLAR

Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Dsport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələnin ilk matçı A Seriyasının lideri “İnter”lə aşağı liqa təmsilçisi “Pordenone” arasında baş tutub. Elita təmsilçisi bu rəqibini çətinliklə mübarizədən kənarlaşdırıb.

İkinci oyun günündə "Milan" "Verona"nı darmadağın etməklə 1/4 finala yüksəlib. Günün digər matçında isə "Fiorentina" "Sampdoriya" üzərində çətin qələbəyə sevinib.

İtaliya Kuboku
1/8 final

12 dekabr

İnter - Pordenone 0:0 (penaltilər 5:4)

13 dekabr

Fiorentina - Sampdoriya 3:2

Milan - Verona 3:0

14 dekabr

00:00 Latsio - Çittadella

19 dekabr

00:00 Napoli - Udineze

20 dekabr

18:00 Atalanta - Sassuolo
20:30 Roma - Torino
23:45 Yuventus – Cenoa