İtaliya

“Latsio”dan A Seriyası ilə bağlı təhdid

İtaliyanın “Latsio” klubunun rəhbərliyi A Seriyasındakı hakimlikdən narazıdı.

Dsport.az xəbər verir ki, buna görə paytaxt təmsilçisi hətta çempionatdan yarımçıq çıxmaq barədə düşünür. Son turda “Torino” ilə oyunundakı 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbəriyi kəskin bəyanatlar səsləndiriblər. 

Klub prezidenti Klaudio Lotito “Latsio”nun siyasi kampaniyanın qurbanı olduğunu bəyan edib. Onun sözlərinə görə, bu komandanın mövsümün sonunda ilk dördlükdə qərarlaşmasını istəməyənlər var.

Qeyd edək ki, “Latsio” - “Torino” matçında hakimliklə bağlı bəzi narazılıqlar olub. Belə ki, rəqib futbolçu əllə oynasa da, hakim “Latsio”nun xeyrinə penalti təyin etməyib. Komandanın aparıcı hücumçusu Çiro İmmobile isə Nikolas Burdisso ilə aralarında yaşanan insidentə görə videotəkrara baxıldıqdan sonra meydandan qovulub.

Qalmaqallı “Latsio” - “Torino” görüşünü Pyero Cakomelli idarə edib.