İtaliya

“Latsio” “Torino”ya evdə uduzdu - VİDEO

Futbol üzrə İtaliya çempionatında 16-cı tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Kalyari” “Sampdoriya”nı qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Bu matçdan sonra isə bütün diqqətlər Turinə yönəlib. Bu şəhərdə İtaliyanın iki nəhəng klubu - son ölkə çempionu “Yuventus”la lider “İnter” münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə ümumiyyətlə nə qol, nə də qalib olub.

İkinci oyun günündə öncə "Roma" səfərdə "Kyevo" ilə qarşılaşıb və xal itkisi ilə üzləşib. "Napoli" isə "Fiorentina" ilə ev oyununda büdrəyib. 

Uğursuz çıxışı ilə diqqət mərkəzində olan "Milan" bu dəfə nəhayət ki, "Bolonya" ilə oyunda qalib gəlməyi bacarıb.

Son günə iki qarşılaşma nəzərdə tutulsa da, onlardan biri təxirə salınıb. Baş tutan yeganə oyunda isə "Latsio" qalib gəlib.

İtaliya A seriyası
16-cı tur

9 dekabr

Kalyari - Sampdoriya 2:2
Qol: Farias, 56. Pavoletti, 60 - Kvalyarella, 12; 19.

Yuventus - İnter 0:0

10 dekabr

Kyevo - Roma 0:0

SPAL - Verona 2:2
Qol: Paloşi, 86. Antenuççi, 88-pen. - Çerçi, 55-pen. Kaseres, 69.

Napoli - Fiorentina 0:0

Udineze - Benevento 2:0
Qol: Barak, 5. Lasanya, 41.

Sassuolo - Krotone 2:1
Qol: Qoldaniqa, 49. Politano, 61 - Açerbi, 66-öz qapısına.

Milan - Bolonya 2:1
Qol: Bonaventura, 10; 76 - Verdi, 23.

11 dekabr

Cenoa - Atalanta matçı təxirə salınıb

Latsio - Torino 1:3
Qol: Alberto, 69 - Berenguer, 54. Rinkon, 64. Edera, 73.