İtaliya

Əlverişsiz hava şəraitinə görə bir oyun təxirə salındı

İtaliya A seriyasının 16-cı turu çərçivəsində bu gün keçirilməli olan “Cenoa” - “Atalanta” görüşü əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Dsport.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb. Oyunun keçiriləcəyi Genuya şəhərindəki əlverişsiz hava şəraitinə görə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi bu gün yox, sabah keçiriləcək.

Xatırladaq ki, 15 turdan sonra hesabında 20 xal olan “Atalanta” 11-ci, 13 xala malik “Cenoa” isə 16-cı sırada qərarlaşıb.