İtaliya

“İnter”lə “Yuventus” da bacarmadı - VİDEOLAR

Futbol üzrə İtaliya çempionatında 16-cı tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Kalyari” “Sampdoriya”nı qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Bu matçdan sonra isə bütün diqqətlər Turinə yönəlib. Bu şəhərdə İtaliyanın iki nəhəng klubu - son ölkə çempionu “Yuventus”la lider “İnter” münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə ümumiyyətlə nə qol, nə də qalib olub.

İtaliya A Seriyası
16-cı tur

9 dekabr

Kalyari - Sampdoriya 2:2
Qol: Farias, 56. Pavoletti, 60 - Kvalyarella, 12; 19.

Yuventus - İnter 0:0

10 dekabr

15:30 Kyevo - Roma
18:00 SPAL - Verona 
18:00 Napoli - Fiorentina
18:00 Udineze - Benevento 
21:00 Sassuolo - Krotone
23:45 Milan - Bolonya

11 dekabr

22:00 Cenoa - Atalanta 
00:00 Latsio - Torino