İtaliya

İtaliya klubunda baş məşqçi istefası

İtaliyanın “Krotone” klubu baş məşqçi Davide Nikolanı postundan uzaqlaşdırıb. 

Dsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi 44 yaşlı mütəxəssislə yanaşı, onun rəhbərlik etdiyi məşqçilər korpusunu da istefaya göndərib.

“Krotone”ni müvəqqəti olaraq Antonio Makri, İvan Moşella və Elmiro Trombinonun çalışdıracağı qeyd olunur.

Nikola “Krotone”ni 2016-cı ildən çalışdırırdı. Ötən mövsüm bu komandanı elitanı tərk etməkdən məhz adıçəkilən məşqçi xilas etmişdi. Bu mövsüm isə “Krotone” onun rəhbərliyi altında geridə qalan 15 turda cəmi 12 xal toplaya bilib və 20 iştirakçı arasında 16-cı sırada qərarlaşıb.